Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 1/4 final cütlükləri müəyyənləşib.
Bu mərhələdə İspaniya 3, Almaniya 2, İngiltərə, Portuqaliya və Fransa isə hərəyə 1 klubla təmsil olunur.
Qeyd edək ki, Çempionlar Liqasında 1/4 finalın oyunları 5/6 və 12/13 aprel tarixlərində keçiriləcək.
Çempionlar Liqasında 1/4 finalın cütlükləri:
“Volfsburq” (Almaniya) – “Real” (Madrid, İspaniya)
“Bavariya” (Almaniya) – “Benfika” (Portuqaliya)
“Barselona” (İspaniya) – “Atletiko” (Madrid, İspaniya)
PSJ (Fransa) – “Mançester Siti” (İngiltərə)