SOCAR 2016-cı ilin fevral ayında dövlət büdcəsinə 98,2 milyon manat vəsait ödəyib. SOCAR ötən ilin fevral ayında dövlət büdcəsibə 108 milyon 227 min manat ödəmişdi.
SOCAR-dan verilən məlumata görə, ümumiyyətlə, SOCAR tərəfindən 2016-cı ilin yanvar-fevral aylarında büdcəyə 215 milyon 882 min manat vəsait ödənilib.
SOCAR 2015-ci ilin Yanvar-Fevral aylarında dövlət büdcəsinə 226 milyon 729 min manat ödəmişdi.
Bundan əlavə, cari ilin fevral ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 10 milyon 992 min manat vəsait köçürüb. Bu ilin yanvar-fevral aylarında isə dövlət şirkəti tərəfindən DSMF-yə ödəniş 21,5 milyon manat təşkil edib.