Ötən axşam Salyan rayonunun Parça Xalac kəndində canavarlar iki fərdi təsərrüfata hücum ediblər.
Kənd bələdiyyəsindən verilən məlumata görə, yırtıcı heyvanlar dəmir tordan aşaraq kənd sakinləri Saleh Eyvazovun 4, Hatəm Səfərovun isə 2-baş qoyununu parçalayıblar.
Bələdiyyədən onu da bildirdilər ki, sonuncu dəfə canavarların təsərrüfatlara hücumu ötən il qeydə alınıb. O vaxt yırtıcılar 9 baş qoyunu parçalayıblar. (virtualaz.org)