Özəl ali məktəblərdə semestr imtahanlarında keçid balının minimum miqdarına yenidən baxılacağı gözlənilir.
Bu barədə redaksiyamıza məlumat özəl universitet tələbələrindən daxil olub.
Onların sözlərinə görə, özəl və dövlət ali təhsil müəssisələrində semestr imtahanlarının balları arasında ciddi fərq var. Dövlət universitetlərində semestr imtahanlarında minimum keçid balı 51 olduğu halda, özəllərdə isə 60-dır.
Özəl universitet tələbəsi semestr imtahanında 59 bal toplasa belə, ona güzəşt edilmir. Bu isə tələbə üçün həm maliyyə, həm də vaxt itkisidir.
Qeyd edildiyi kimi, qeyri-bərabər imkanlar tələbələr arasında narazılıq yaradır. Maliyyə böhranı şəraitində onsuz da təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələr, belə davam edərsə, öz təhsillərini dayandırmaq məcburiyyətində qalacaqlar.
Sosial şöbə