Bakıda itkin düşmüş 2 orta məktəb şagirdi tapılıb. Bu barədə itkin düşən şagirdlərdən biri – Şamilin anası Yekaterina xanım məlumat verib. Onun sözlərinə görə, oğlanları Hövsan ərazisindən tapıblar. Uşaqlar sadəcə gəzməyə çıxdıqlarını deyiblər. Hadisənin təfərrüatları araşdırılır. (oxu.az)