Moody`s reytinq şirkətinə görə, Azərbaycanın dövlət neft şirkəti olan SOCAR-ın maliyyə imkanları 2016-cı ildə azalacaq.
AzadlıqRadiosu Moody`s-in saytına istinadən xəbər verir ki, neftin ucuzlaşması səbəbindən SOCAR-ın kredit imkanlarının azalacağını proqnozlaşdırılır.
Moody`s qeyd edir ki, Azərbaycan iqtisadiyyatının onurğasını təşkil edən SOCAR-ın neqativ reytinqinə yenidən baxıla bilər.
Yada salaq ki, digər nüfuzlu reytinq şirkəti Standard&Poor’s fevralın 4-də SOCAR-ın kredit reytinqini BB+ dərəcəsindən BB səviyyəsinə endirib.