Rus hakerlər, pis məqsədli proqram (trojan) vasitəsilə rubl/dollar məzənnəsini dəqiqələr ərzində 15%-dən çox oynadıb.
Məsələni araşdırmaq tapşırılmış kiber təhlükəsizlik şirkətinə (Group-IB) görə, hakerlər pis məqsədli proqram vasitəsilə regional bir Rus bankının hesablarına girib və rubl/dollar məzənnəsini dəqiqələr ərzində 15%-dən çox oynadıblar.
Group-IB-un Bloomberg Newsə verdiyi məlumata görə, hakerlar Corkow Trojan olaraq bilinən bir virus ilə, Fevral 2015-də Kazanda yerləşən Energobankın hesablarına girib və məzənnə üzərindən 500 milyon dollarlıq əmr daxil ediblər. Hücumun arxasında kimlərin olduğunu açıqlamayan şirkət, bu əməliyyat nəticəsində meydana gələn hərəkətin Rusiya Mərkəz Bankının araşdırma başlatmasına səbəb olduğunu söyləyib.
Group-IB-un kiber kəşfiyyat bölmsinin başçısı Dmitry Volkov,”Bu virusdan istifadə edilərək edilərək həyata keçirilən ilk belə hücumdur və daha çox zərərə gətirib çıxarma potensialı daşıyır” deyib və “Pis məqsədli proqram bir dəfə lokal şəbəkəyə sızdığında, internetə bağlı olmasa da kompüterlərə təsir edəcək qabiliyyətdədir” şəklində fikir bildirib.