Məhəmməd Talıblı: «Neft Fondunun aktivlərinə arxayın olub, islahatlara başlamaq real nəticələr verməyəcək»
Ölkədə maliyyə böhranı dərinləşməkdə davam etsə də, hər ötən gün manata olan inam daha da azalsa da hökumət rəsmiləri tamamilə başqa mövqedən çıxış edirlər. Zəruri addımlar atmaq əvəzinə rəsmilər bəyanat verməklə kifayətlənirlər.
“Mart ayında manat ilə əməliyyatların artırılması və milli valyutaya inamın daha da artırılması üçün ciddi qərarlar qəbul ediləcək”. “Marca” xəbər verir ki, bunu dövlət başçısının iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov AzTV-nin “Günün nəbzi” proqramındaÿbildirib.
“Maliyyə bazarlarında sabitlik, manatın likvidliyinin bərpa olunması, eyni zamanda, bu sahədə maliyyə intizamı möhkəmləndiriləcəkdir. Azərbaycan 38 milyard dollara yaxın valyuta ehtiyatlarına malikdir. Bu, ümumi daxili məhsulun həcmindən daha böyük rəqəmdir. Belə bir strateji ehtiyatlara malik olan dövlət təbii ki, heç bir maliyyə çətinliyi çəkə bilməz. Maliyyə Bazarlarına Nəzarət Palatası da bu məqsədlə yaradılıb. Palatanın bütün təşkilati məsələləri fevral ayında həll olunacaq, normativ hüquqi aktlar hazırlanıb qəbul ediləcək.
Mart ayından etibarən Mərkəzi Bank, eyni zamanda, Palata və digər aidiyyəti qurumlar ölkədə manatın likvidliyinin artırılması istiqamətində çox ciddi qərarlar qəbul edəcək. Çox yaxın müddətdə ölkədə manatın aktivliyi tamamilə bərpa olunacaq”.
Bəs hazırda ölkədə hökm sürən maliyyə böhranını, manatın birbaşa asılı olduğu neftin qiymətində ciddi artımın olacağının gözlənilmədiyi halda həqiqətənmi manatı gücləndirmək mümkündür? Mərkəzi Bankın valyuta rezervlərinin 5 milyardın altında olması bu prosesə necə təsir edə bilər?
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, Maliyyə Bazarlarına Nəzarət Palatası hələ yeni təsisatdır. M.Talıblının sözlərinə görə, bir neçə dövlət strukturuna aid funksiyanın bir palatada cəmləşdirmək hələ onun effektiv idarə edilməsindən xəbər vermir: “Əsas məsələ antiböhran proqramının olmasıdır. Bu proqram hələ tələb olunan amillərdən biridir. Onun üçün işlək və peşəkarlardan ibarət komanda, maliyyə resurslarının mənbələri, səlahiyyət bölgüsü kimi vacib amillər lazımdır. Bizdə sadəcə olaraq Neft Fondunun aktivlərinə arxayın olub, islahatlara başlamaq real nəticələr verməyəcək. Çünki, Neft Fondunun aktivləri üzərində sərəncamvermə hüququmuz hələ ki, yoxdur. Onlar müqavilə öhdəliklərinə görə xarici idarəetməyə verilib. Ona görə ona indiki halda əsas resurs kimi nəzərdə tutmaq doğru deyil”.
M.Talıblının fikrincə, ikinci, səbəb ondan ibarətdir ki, biz həmin neft gəlirlərinin hamısından istifadə hüququmuz yoxdur. “2004-cü qəbul edilmiş ”Neft qaz gəlirlərindən istifadə ilə bağlı strateji” sənəddə göstərilir ki, biz neft-qaz gəlirləimizdən istifadənin həddi mövcuddur. Həmin sənəddə göstərilir ki, biz gəlirlərimizin ən pik həddi kimi 75%-dən istifadə edə bilərik. Biz isə 120 milyardlıq gəlirlərimzin isə elə bu səviyyəsindən təxminən istifadə etmişik. Otuz dörd milyardlıq vəsaitdən də istifadə etsək, onda həmin sənədin tələblərini pozmuş oluruq. Ona görə hələ nəticəsi sual altında olacaq islahatlara gələcək nəslin payından xərcləmək qəbul etdiyimiz sənədin tələblərini pozmağımız deməkdir”, deyə M.Talıblı vurğuladı.
Xəyal