Bu gün Birləşmiş Ərəb Əmirlikləri koalisiya qüvvələri daxilində İŞİD-lə mübarizə aparmaq üçün Suriyaya quru qoşunlarını yeritməyə hazır olduqlarını bildiriblər.
BƏƏ-nin xarici işlər naziri Ənvər Qarqaş bununla bağlı deyib: «Bizim mövqeyimiz belədir ki, İŞİD-lə mübarizədə quru qoşunlarından istifadə labüddür».
Bununla birlikdə, nazir qeyd edib ki, söhbət «min nəfər hərbçidən» getmir və bu məsələdə BƏƏ-nin hərəkətə keçməsi üçün ABŞ-ın mövqeyi zəruri şərtdir. (Virtualaz.org)