Ağdamda yeniyetmə qız dəm qazından boğulub.
Hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb. Kənd sakini, 15 yaşlı Məlahət Bəxtiyar qızı Mirzəzadə yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. M. Mirzəzadə orta məktəb şagirdi olub.
Faktla bağlı araşdırma aparılır.
(apa)