ABŞ dövlət Katibi Con Kerri Rusiyanı Suriyada uşaq və qadınların kütləvi qətlində günahlandırıb. Vaşınqtonda jurnalistlər qarşısında çıxış edən Kerri bəyan edib ki, Rusiya Suriyada idarə olunmayan bombalardan istifadə edir və onlar dinc əhalinin üzərinə düşür. “Bunun qarşısı alınmalıdır”, – deyə Kerri vurğulayıb.
Dövlət katibinin sözlərinə görə, Rusiya aviasiyasının hücumları nəticəsində əsasən dinc insanlar, qadın və uşaqlar qətlə yetirilir.
azadlıq.info