Şvitsbergen arxipelaqında, daimi qar örtüyü altında kiçik bir kənd var. Burda dünyanın 11 ölkəsindən olan 30 nəfərədək elm adamı məskunlaşıb.
Kənd Şvitsbergen arxipelaqının şimalında – Şimal qütbündən cəmi 1200 kilometr uzaqlıqda yerləşir. Əvvəl arxipelaq yalnız ayılar və başqa vəhşi heyvanların oylağı idi. Amma 100 il öncə sənaye obyektləri peyda olmağa başlayanda heyvanlar burdan perik düşüblər.
Burda nadir halda gözə dəyən heyvanlarla qonşuluqda Norveç, Almaniya, Fransa, Britaniya, Hindistan, Cənubi Koreya və başqa ölkələrdən alimlər məskunlaşıb.
Vaxtilə burda kömür şaxtaları işləyirdi. Kömür vaqonlarla limanlara daşınırdı. Kömür qiymətləri düşəndən sonra istehsal dayandı.
Kömür şaxtası
Məşhur Norveç səyyahı Rual Amundsenin büstü
Köhnə radiostansiyanın binasında muzey açılıb.
Bu adaların çoğrafi mövqeyinə görə bəzən günəş aylarla qürub etmir, bəzən isə uzun müddət it-bata düşür