Avropa Komissiyası neftin qiymətinin 2016-cı ildə 35,8 dollar/barrel, 2017-ci ildə isə 42,5 dollar/barrel olacağını proqnozlaşdırır. Fins.az xəbər verir ki, bu barədə qurumun yaydığı hesabatda deyilir. Avrokomissiya bundan əvvəlki hesabatında “qara qızıl”ın bir barrelinin 2016-cı ildə 54,2 dollar, 2017-ci ildə isə 58,8 olacağını nəzərdə tutmuşdu.
Proqnozun aşağı salınmasına səbəb kimi geosiyasi gərginliklər, sanksiyaların ləğvindən sonra İranın neft ixracını artıracağı ilə bağlı açıqlamalar və bazarda yaranacaq təklif çoxluğu göstərilir.