Böyük Britaniyanın “İndex On Censorship” söz azadlığı müdafiə təşkilatının saytında “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzi haqqında çıxarılan hökmün bir ili münasibətilə məqalə dərc edib. Məqalənin müəllifi Patrik Makkennadır.
Azərbaycan hakimiyətinin müxalif mövqedə duran insanlara qarşı repressiyası davam edir. Onlardan biri də Seymur Həzidir. Bir il bundan əvvəl Seymur Həzi xuliqanlıq ittihamı üzrə 5 il müddətində azadlıqdan məhrum edilmişdı. Hücuma məruz qalmış şəxs xuliqanlıqda ittiham edilərək həbs edilmişdir.
“Azadlıq” qəzeti baş redaktorunun 1-ci müavini Rahim Hacıyev deyir ki, Seymur Həzi hakimiyətə qarşı olan sərt tənqidi yazılarının qurbanı olmuşdur.
Seymur Həzi məhkəmədə son sözlə çıxış edərkən demişdi ki, “Azərbaycandakı mübarizə hökumətlə müxalifət arasında gedən mübarizə deyil. Bu mübarizə xeyirlə şərin arasında gedən mübarizədir”.
Azərbaycan hakimiyyətinin söz azadlığı uğrunda mübarizə aparan şəxslərə qarşı repressiv siyasəti davam etməkdədir. Araşdırmaçı jurnalist Xədicə İsmayıl hələ də həbsdədir.
Müxalif mövqeli qəzet kimi tanınan “Azadlıq” qəzeti hələ də ağır maliyyə şərtləri içərisində fəaliyyətini davam etdirir. Qəzetə qarşı böyük məbləğdə məhkəmə cərimələri olub.
Azərbaycan hakimiyəti müxalif mövqeli “Facebook” fəallarına qarşı da həbsləri davam etdirir. Hökumət problemlərin həllilə deyil deyil, problemlərdən danışanlarla mübarizə aparmağa üstünlük verir.