«Hacı Məmmədov olayı» yenidən araşdırıla bilər
Xəbər verildiyi kimi, Daxili Işlər Nazirliyinin (DIN) həbsdə olan keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov yeni açılmış hal üzrə Ali Məhkəməyə müraciət edib.ÿOnun müraciəti hakimin icraatına verilib və hazırda öyrənilir. Ərizə öyrənildikdən sonra müraciətin məhkəmənin plenumuna çıxarılıb-çıxarılmaması ilə bağlı rəy veriləcək.
“Yeni açılmış hal”ÿo deməkdir ki, məhkəmədə həmin cinayət işinə baxdıqda o hal məhkəməyə məlum olmur. Belə ki, məhkəmədə baxılan bir cinayət işi üzrə hansısa şahid yalan ifadə verərsə, ekspert yalan rəy təqdim edərsə və bu zaman məhkəmə onların yalan danışdığını müəyyən etməzsə, sonradan təqsirləndirilən şəxs, zərərçəkmiş tərəf, yaxud prokuror Ali Məhkəməyə müraciət edərək həmin halın araşdırılmasını xahiş edə bilər.
Hacı Məmmədovun bu müraciətinin əsasən DIN-nin Baş Cinayət Axtarış Idarəsinin keçmiş rəisi, ömürlük azadlıqan məhrum edilən Zakir Nəsirovla bağlı olması barədə ehtimallar var. Hələ Hacı Məmmədovun məhkəmə prosesində Zakir Nəsirov təqsiri olmadığını və kimlərinsə marağı üzündən həbs olunduğunu demişdi. Bəzi iddialara görə, Zakir Nəsirovun həbsində məqsəd ondan daxili işlər naziri Ramil Usubovun əleyhinə ifadə almaq olub. Məsələnin kökündə isə MTN-in o zamankı rəhbəri Eldar Mahmudovun Ramil Usubovdan qisas almaq istəyi dayanıb.
Eldar Mahmudov artıq “vurulub”. Onun və MTN-dəki dəstəsinin çoxsaylı cinayətləri üzə çıxıb. Beləliklə də “Hacı Məmmədov olayı”nın yenidən araşdırılması zərurəti yaranıb. Bu məsələdə təkcə Zakir Nəsirovla bağlı deyil, başqa qaranlıq məqamlara da aydınlıq gətiriləcəyi barədə ehtimallar var.