İran prezidenti Həsən Ruhani İtaliyaya səfəri çərçivəsində Roma papası Fransisklə görüşüb.
Tərəflər 40 dəqiqə davam edən görüşdə İranın nüvə proqramını, Yaxın Şərqdə mövcud olan problemləri, terrorizmə və qanunsuz silah alverinə qarşı mübarizəni müzakirə ediblər.
İran və Vatikan rəhbərləri İtaliya ilə İranın ortaq mənəvi dəyərlərə malik olduğunu vurğulayaraq, iki dövlət arasında əməkdaşlığın müxtəlif istiqamətlərindən də danışıblar.
Ruhani Papaya İranın müqəddəs Qum şəhərində əllə toxunulmuş 1,2 metrlik Fars xalçası, Papa isə ona üzərində müqəddəs Martin of Toursun şəkli olan medal bağışlayıb.
Xatırladaq ki, Həsən Ruhani sanksiyaların götürülməsindən sonra ilk səfərini İtaliyaya edib. Bu səfərdə iki ölkə arasında 14 razılaşma və memarondum imzalanıb.