Böyük Britaniya ABŞ-ın və digər müttəfiqlərini Rusiyanın maliyyələşdirdiyi siyasi qətllərdən qorunmağa çağırıb. London küçələrində DTK ilə bağlı bir neçə qətldən sonra Briyaniyanın belə bir xəbərdarlıq etməsi təəccüblü görünmür.
Aleksandr Litvinenkonun zəhərlənməsindən bir neçə il əvvəl digər dissident də eyni üsulla qətlə yetirilmişdi.
Litvinenkonun zəhərləndiyi radioaktiv maddə dəm çaynikinə atılmışdı. 1978-ci ildə bolqar dissident çətirin ucundakı zəhərli iynə ilə öldürülüb.
Böyük Britaniyanın daxili işlər naziri Tereza Mey artıq Rusiyanın belə əməllərinə təəccüblənmədiklərini deyirlər.
Litvinenkonun ölümündə Moskvanın günahkarlığına işarə etməklə yanaşı nazir Avropa, NATO və Kanada, Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya və ABŞ-ın daxil olduğu koalisiyanın daxili işlər nazirlərinə ünvanladığı məktubda onları Rusiyadan ehtiyatlı olmağa çağırıb.
azadlıq.info