Dünyanın ən nüfuzlu məktəblərindən biri olaraq qəbul edilən İngiltərədəki Kembric (Cambridge) Universitetinin rəhbərliyi müsəlman qızlarla hörmət əlaməti olaraq əllə görüşməmək xəbərdarlığı ilə çıxış edib (Yeni Şafak).
Xəbərdarlıqda deyilir: “Müsəlman qızlar bu mövzuda çox həssasdır. Onlar kişilərlə əl-ələ vermək istəmirlər. Əllə görüşmək istəsəniz, bundan imtina edərlər. Buna görə də onların dəyərlərinə hörmət edin”.
Universitet rəhbərliyi universitetdə olanlara “Əlil tələbələrlə də “vücud dili” ilə salamlaşın” xəbədarlığını edib.