«Azal» prezidenti Zorge parkının yaxınlığında yaşayış kompleksi inşa etdirməyi planlaşdırır
“Azal”ın prezidenti Cahangir Əsgərovun Zorge parkının ətrafındakı binaları alması barədə məlumat vermişdik. Dünən əldə etdiyimiz məlumatlara görə, “Azal” prezidentinin həmin binaları alması tikinti biznesinə başlaması ilə əlaqədardır. Məlumatda deyilir ki, binaları sökdürən Cahangir Əsgərov onların yerində yeni yaşayış kompleksi inşa etdirməyi planlaşdırır.
Bir çox oliqarx məmurlar tikinti biznesinə baş vursa da, Cahangir Əsgərov bu sırada yox idi. Görünür, “Azal” prezidenti bu biznesdə yaxşı qazanc olduğunu düşündüyündən və digər məmurlardan geri qalmamaq üçün tikinti biznesinə girişib.
Informasiya şöbəsi