Rusiya Hərbi Kəşfiyyat İdarəsinin rəisi İqor Serqunun qəfil ölümü ilə bağlı müxtəlif fikirlər dolaşmaqdadır. Serqunun hansı şəraitdə öldüyü suallar yaradır. Belə ki, Rusiya hökuməti onun yanvarın 4-də Moskvada ürək tutmasından vəfat etdiyini açıqlayıb. Lakin Stratfor Serqunun Yeni il bayramı zamanı Livanda dünyasını dəyişdiyi barədə məlumatın olduğunu iddia edir. Əgər kəşfiyyat idarəsi rəisinin Livanda ölməsi ilə bağlı informasiya doğrudursa, onun bu ölkədə nə etdiyi və Kremlin bu faktı niyə gizlətdiyi sualı ortaya çıxır.
Digər tərəfdən, onun ölümü Rusiyanın Ukraynadakı əməliyyatlarının xarakterini də dəyişə bilər. Çünki Serqun bu ölkədə hibrid müharibəsinin əsas təşkilatçılarından olub.
azadlıq.info