Əhəd Abıyevin yaxını rüşvət almaqda təqsirləndirilir
Masallının icra nümayəndəsi Laçın Əsgərzadə həbs edilib. Hadisə dünən olub. Bu barədə “Azadlıq”a məlumat verən rayondakı mənbə bildirib ki, Laçın Əsgərzadəyə qarşı rüşvət ittihamı irəli sürülüb.
Mənbə bildirib ki, mer Daşkəsənin icra başçısı Əhəd Abıyevin yaxın qohumu, iş adamı Hacı Abinin kürəkənidir. Məlumata görə, Laçın Əsgərzadə həbs edilən zaman onun adı müğənni Xatirə Islamla hallandırılan Spartak adlı qaynı da polislərə müqavimət göstərdiyinə görə xuliqanlıq ittiham ilə saxlanılıb.
Informasiya şöbəsi