Bu gün “Azadlıq” qəzetinin 26 yaşı tamam olur.
“Azadlıq” adı kimi azad böyüdü. O, təkcə 16 səhifənin yükün deyil, cəmiyyətin yükün daşıdı. O, heç vaxt millətin üzünə ağ olmadı. Ağ rəngiylə zülmün və zülmətin zəhmini boğdu.
“Azadlıq” 26 yaşını qeyd edə bilməyəcək qədər kasıb, hər anıyla şərəf duya biləcək qədər varlıdı. Bəli, bu gün ən kasıb varlının doğum günüdür.
“Azadlıq” özünə uzun ömür yox, şərəfli ömür arzuladı. Çünki şərəfli ömür mənəvi ölümsüzlüyün təminatçısıdır. O, təkcə okeanın üzündə qalmağı bacarmayıb, həm də aysberqləri dağıda bilib. Onun qələmini qıra bilmədilər, amma o qələmiylə dəryaz kimi yalanları biçdi.
26 yaş tarix etibarilə böyük zaman deyil, amma zamanın hər anını tarixə çevirmək üçün uzun müddətdir.
Əslində onun yaşı zaman boydadır. Zaman boyda yaşın mübarək.
İlham Hüseyn