Bu gün bir qrup gənc metroda gediş haqqının bahalaşmasına etiraz olaraq aksiya keçiriblər. Aksiya Sahil stnasiyasından başlayıb. Gənclər yapışqan kağızlı şüarları gediş haqqı yükləmə aparatının, qatarların üstünə və ekskalatora yapışdırıblar. Daha sonra gənclər qatarda İçərişəhər istiqamətində plakatları açıb sərnişinlərə içərisində etiraz şüarları olan bukletlər paylayıblar. Gənclər İçərişəhər stansiyasından 28 may stansiyasına, oradan da Elmər Akademiyası istiqamətində hərəkət edərkən onlardan biri mülki geyimli polislər tərəfindən saxlanılıb. Saxlanılan gənc Demokrat Gənclər Təşkilatının sədri Rövşən Əsədovdur.