Almaniya nəşrləri Rusiya prezidenti Putini kəskin tənqid edən məqalələr dərc edərək onu yalan danışmaqda və Suriyada hərbi cinayətlər törətməkdə ittiham edib. Bild nəşri Putini “hərbi cinayətkar” adlandıraraq onun Suriya diktatoru Bəşər Əsədə dəstək verdiyini, Rusiya hərbçilərinin dinc əhalini bombardman etdiyini yazıb. Bundan əlavə, Almaniya telekanallarında “Putin: Avropanın əleyhdarı yoxsa tərəfdaşı?” adlı film nümayiş etdirilib. Film yaradıcıları iddia edir ki, Rusiya liderinin əsas istəyi hakimiyyətini qorumaqdır.
azadlıq.info