İŞİD-lə mübarizəyə dəstəyin artırılması məqsədi ilə Yaxın Şərq turuna çıxan ABŞ müdafiə naziri Eşton Karter, təyyarədə, səfərinin yekunlarına dair mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
İŞİD-lə mübarizədə Türkiyənin roluna dair sualı cavablandıran Karter, bunları deyib:
“Türkiyənin etdiklərindən məmnuniyyət duyuruq və daha çoxunu etmələrini istəyirik. Bizə “İncirlik” bazasından istifadə imkanları yaradıblar. Bu, son dərəcə əhəmiyyətli bir dəstəkdir. Ancaq daha çoxunun edilməsi lazımdır. Türkiyənin uyğun bildiyi formada, havadan və qurudan bizə dəstək verməsini istəyirik. Daha da mühümü, sərhədlərə nəzarətin təmin olunmasıdır”,-deyə Karter bildirib.
Aydın Taş