Xəbər verildiyi kimi, ölkə başçısı İlham Əliyev bu gün Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılması barədə fərman imzalayıb.
Mədət Quliyev DTX-in, Orxan Sultanov isə XKX-in rəisi təyin edilib.
Mədət Quliyevin kimliyi ölkə ictimaiyyətinə yaxşı məlumdur. Bəs Orxan Sultanov kimdir və bu vəzfəyə haradan təyinat alıb?
Virtualaz.org onun barəsində bəzi məlumatları yayıb. Bəlli olub ki, Orxan Sedyar oğlu Sultanov 1977-ci ildə Bakıda anadan olub. Əvvəllər Xarici İşlər Nazirliyində işləyib. 2007-2011-ci illərdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin humanitar məsələlər üzrə I katibi vəzifəsində çalışıb. XİN-dən sonra MTN-in Xarici Kəşfiyyat İdarəsində işə qəbul edilib.