3 saylı Sabunçu Şəhər Klinik Xəstəxanasının həyətində “F1” qumbarası tapılıb. Qumbara Sabunçu Rayon Polis İdarəsinə təhvil verilib.
Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyatda bir neçə nəfər yaralanıb. Onlar hazırda 3 saylı Sabunçu Şəhər Klinik Xəstəxanasında müalicə olunur.
Polis əməkdaşları xəstəxananın giriş-çıxışına nəzarət edir. (Report)