ABŞ-ın Kaliforniya ştatında, San Bernardino şəhərində silahlı insident baş verib. Üzü maskalı, uzun lüləli odlu silahlarla silahlanmış 3 nəfər əlillərə xidmət göstərən bir müəssisəyə basqın ediblər. Müalicə müəssisəsinin 670 nəfər işçisi var və 30200 nəfərə xidmət göstərir.
Şəhər polisindən məlumat veriblər ki, basqınçıların binaya daxil olaraq, atəş açmağa başlayıbla. Basqınçıların hərbçilərə xas geyimdə və təchizatla olduğu da deyilir.
Məlumatlara görə, basqın nəticəsində azı 14 nəfər ölüb, 14 nəfər isə yaralanıb.
Cinayətin motivi hələlik məlum deyil. Bunu ABŞ prezidenti Barak Obama da hadisə ilə bağlı çıxışında ifadə edib.
Federal Təhlükəsizlik Bürosu hadisənin terror olub-olmadığını araşdırır.
Cinayəti törədənlərin saxlanması üçün əməliyyat-axtarış tədbirləri görülür. Şahidlərin dediyinə görə, basqınçılar qara cip maşını ilə hadisə yerindən qaçıblar.