Rusiyanın xarici işlər naziri Lavrov, təyyarənin vurulmasının planlaşdırılmış hücumun nəticəsi olduğunu bildirib. Lavrov bununla bağlı məlumatlara malik olduğlarını açıqlayıb: “Əlimizdəki məlumatlara görə, təyyarənin vurulması provakasiya xarakterlidir və əvvəlcədən planlanlaşdırılmış bir hücumdur”.
Lavrov olaydan sonra Türkiyə ilə əlaqələri ciddi şəkildə nəzərdən keçirəcəklərini də vurğulayıb.
Rusiyanın öz vətəndaşlarına Türkiyəyə getməmələri ilə bağlı tövsiyəsinə gəlincə, Lavrov, bunun intiqam xarakterli olmadığını, obyektiv səbəblərə söykəndiyini bildirib.
azadliq.info