Ekspertlərə görə, hazırda 44 dollar olan neftin qiymətinin bir qədər də düşməsi ciddi fəsadlar yaradacaq
Dünya bazarında neftin qiymətindəki enmə davam etməkdədir. Bir neçə ay ərzində neftin qiyməti ortalama 5 dollar düşüb. Hazırda neftin bir barel üçün qiyməti 44 dollarda qərarlaşıb. Amma bu məbləğ iqtisadiyyatı neft pulundan asılı olan ölkələr üçün yaxşı heç nə vəd etmir. Azərbaycan da bu baxımdan istisna deyil. Hətta demək olar ki, neftin hazırkı qiyməti Azərbaycan büdcəsinə ciddi problemlər yarada bilər. Çünki gələn ilin büdcəsində neftin qiyməti 50 dollardan götürülüb. Artıq gələn il üçün neftin qiymətinin 50 dollar olmayacağı dəqiqdir. Büdcənin ciddi ixtisara uğraması nəzərə alınarsa, hazırkı qiymət büdcə xərclərində, büdcə öhdəliyinin icrasında ciddi problemlər yarada bilər.
Bundan başqa yaxın bir neçə il üçün neftin qiymətində ciddi artım gözlənilmir. Əksinə qiymətlər daha da enə bilər. Buna səbəb neft bazarına yeni oyunçunun dail olmasıdır. Məsələn, Iranın neft bazarına qayıtması Rusiyaya 153 mln dollar ziyan vuracaq.ÿEkspert digər bazarlarda, o cümlədən Avropada da qiymətlərin düşəcəyini və Rusiyanın bu bazarlarda da itkiləri artacaq.
Bloomberg Iranın neft bazarına qayıdışından sonra qara qızılın qiymətinin kəskin düşəcəyini də xatırladır. Belə ki, Dünya Bankının ekspertləri bu halda neftin qiymətinin daha 10 dollar düşəcəyini proqnozlaşdırıb.
Ekspertlərin fikrincə, neftin hazırkı qiyməti büdcə üçün problemlərdən başqa heç nə vəd etmir. Neftin qiymətinin hər bir dollar düşməsi isə Azərbaycan üçün 700 min dollar itki deməkdir. Bu isə o deməkdir ki, neftin qiymətinin 50 dollardan aşağı olması büdcə üçün gün ərzində 3 milyon yarım vəsaitin itkisi deməkdir. Bu isə hazırkı maliyyə böhranında Azərbaycan üçün ciddi itkidir. Ona görə hökumət gələn il ciddi büdcə problemi ilə üzləşə bilər. Çünki sırf neft gəlirlərinə hesablanan büdcə neftin qiymətinin hər dollar enməsi ilə ciddi sarsılır.
Xəyal