Konsert 10 min yerlik “Baku Expo Center”də olacaq
Türk pop musiqisinin kralı Tarkan yeni il axşamı Bakıda konsert verəcək. “Hürriyet” qəzetinin verdiyi məlumata görə, konserti azərbaycanlı prodüserlərdən biri təşkil edir və Tarkan sərfəli təklifi qəbul edib. 10 min nəfərlik tamaşaçı tutumuna malik olan “Baku Expo Center”də keçiriləcək konsertdə Tarkanın şəxsi şirkəti olan “Hitt Prodakşn” səhnəni ən müasir effektlərlə bəzəyəcək.
Qeyd edək ki, Tarkan bir neçə il əvvəl də yeni il gecəsini Bakıda konsert verərək keçirib. Keçən il isə tanınmış müğənni əlamətdar günü Kiprdə qeyd edib (lent.az).