Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) Mərkəzi Qərargahına hücum olub. Hücumu rusiyalı rəssam Pyotr Pavlenski həyata keçirib. O, qərargahın qapılarını yandırıb.
P.Pavlenski bununla Moskvanın yürütdüyü siyasətə etirazını ifadə edib. Rəssam FSB-ni “146 milyon insanı müxtəlif vasitələrlə öz hakimiyyəti altında saxlamaqda” günahlandırıb.
Artıq rəssama etidiyi hərəkətə görə vandalizm maddəsi ilə cinayət işi açılıb.