Gültəkin Hacıbəylidən hakimiyyətə original ismarış
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli facebook səhifəsində AXCP-yə qarşı “Razi əməliyyatı” ilə bağlı maraqlı status paylaşıb. Onun bu satatusu sosial şəbəkədə çoxyayılan qeydlərdən birinə çevrilib. Gültəkin xanımın fikri orijinallığı ilə çoxlarının diqqətini çəkib və dəfələrlə təkrar paylaşılıb. Oxucu marağını nəzərə alaraq həmin statusu biz də dərc edirik:
“Heç bir ştapm, möhür, kreslo, vəzifə dəyərsiz insanı dəyərə mindirə bilməz! Ştapma da, möhürə də dəyər gətirən insandır! Mən Əli Kərimlinin yerinə olsam o ştampı da, möhürü də təntənəli şəkildə bağışlayardım Razi Nurullayevə. Azərbaycanda o möhürdən və ştampdan 50-60 ədəd var, ancaq partiyalar hanı? AXCP-nin ştampı da, möhürü də Əli Kərimlidir. Bacarırsınızsa, onu alın!”.