AXCP sədri Əli Kərimli AXCP Gənclər Komitəsinin şərlənərək həbs olunan üzvü Elvin Abdullayevi doğum günü münasibəti ilə təbrik edib. Əli Kərimlinin Facebook səhifəsindən paylaşdığı doğum günü təbrikini təqdim edirik:
"Anti-xalq, anti-milli olmağın buynuzu olmur ki. Millətin Elvin Abdullayev kimi savadlı, əqidəli, parlaq gənclərini şərləyib həbsxanalara doldurmaq bütövlükdə millətə qarşı olan hərəkətdir.
Əziz Elvin bəy, təəssüf edirəm ki, gəncliyinin bu gözəl çağını rejimin siyasi girovluğunda keçirirsən. Bu gün sənin ad günündür. 23-cü yaşını həbsxana divarları arasında qarşılasan da, səni ad günün münasibətilə ürəkdən təbrik edirəm. Sənə uzun və mənalı ömür, xoşbəxt həyat arzulayıram.
Elvin bəy, bil ki, səni çox sevən, hər zaman arxanda duran, səninlə fəxr edən öz kiçik ailənlə yanaşı, böyük AXCP ailəsi, bütövlükdə ölkənin demokratik düşərgəsi üçün də çox əzizsən və hamımız səninlə qürur duyuruq. Sənin ad günün münasibətilə anan, çox hörmətli Zülfiyyə xanım qürurla yazdı: “İllərdir partiyaya xidmet edib, sonra pula satılan üzü dönüklər, baxın və ibrət götürün Elvin bəydən”. Öz ardıcıllığınla, iradənlə, mərdliyinlə müasir gəncliyin mübarizə simvollarından birinə çevrilib, bizlərə bu qüruru yaşatdığın üçün sənə təşəkkürlər. Allah tezliklə qapını açsın"!