Azərbaycanda Avrasiya Hərəkatı yaradılmasına rəsmilər susur
Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Nəriman Imranov və Rusiyanın Ədliyyə Nazirliyinin keçmiş əməkdaşı, ikinci dərəcəli dövlət müşaviri Ilqar Qasımov Azərbaycanın bir qrup ictimai və siyasi xadimləri ilə birlikdə Azərbaycanda Avrasiya Hərəkatı yaratması xəbəri birmənalı dəyərləndirilmədi. Nəriman Imranovun və Ilqar Qasımovun əsas məqsədi Azərbaycanda Putinin Avrasiya Ittifaqı ideyasını populyarlaşdırmaqdır. Təşəbbüs qrupu hətəkatın rəsmi qeydiyyatı üçün Ədliyyə Nazirliyinə müraciət də edib.
Sovet KQB-sinin zabiti Nəriman Imranov 1993-cü ildə Milli Təhlükəsizlik Nazirliyinə başçılıq edib və 1994-cü ilin payızına qədər nazir olub. MTN-in təcridxanasından Rəhim Qazıyevin, Ələkrəm Hümbətovun, Arif Paşayevin və Baba Nəzərlinin qaçırılmasından sonra Nəriman Imranov dövlətə xəyanətdə ittiham edilib. Azərbaycan Ali Məhkəməsinin Kollegiyasının qərarı ilə 1996-cı il, fevralın 12-də ölüm cəzasına məhkum edilib.
Azərbaycanda ölüm cəzası ləğv ediləndən sonra Nəriman Imranov Qobustan həbsxanasında ömürlük cəza çəkib. 2002-ci ildə Heydər Əliyevin fərmanı ilə əfv edilib.
2002-ci ildən Nəriman Imranov ictimai-siyasi fəaliyyətlə məşğul deyildi. Və onun gözlənilmədən Rusiya Ədliyyə Nazirliyinin generalı ilə siyasi səhnədə peyda olması böyük marağa səbəb olub.
Əslində hazırkı həssas dönəmdə baş verənlər və belə bir təşəbbüsün ortaya çıxması təsadüfi deyil. Belə bir hərəkat Qərbin Azərbaycan hakimiyyətinə təzyiqlərinin gücləndiyi bir dövrdə yaranır.
“Rəsmilərdən cavab yoxdur”
Amma baş verənlərdə diqqət çəkən daha bir maraqlı məqam irəli sürülən təşəbbüsə rəsmi səviyyədə reaksiya verilməməsidir. Artıq bununla neçənci dəfədir ki, Azərbaycan hakimiyyəti Rusiya ilə bağlı təşəbbüslərə, proyektlərə susur, heç bir reaksiya verilmir. Bu isə bir daha göstərir ki, Azərbaycan hakimiyyəti Rusiya iqtidarı ilə qarşıdurmaya keçmək cəsarətinə sahib deyildir.
Zahid Oruc: “Bir qism qüvvələr hazırkı regional konteksti özlərinin gələcək fəaliyyəti üçün əlverşli hesab edirlər”
Millət vəkili Zahid Orucla hakimiyyətin susqun mövqeyinə aydınlıq gətirməyə çalışdıq. Z.Oruc vurğuladı ki, 90-cı illərdən sonra Azərbaycanda partiyalaşma və siyasi hərəkətlərin quruculuğu geosiyasi duruma uyğun baş verib. Ona görə də Azərbaycanda bəlli cinahların formalaşdığını deyən Z.Oruc vurğualdı ki, onlar Qərbpərəstlər, Rusiyapərəstlər, dini meyilli qruplar və sair: “Bu baxımdan Azərbaycanda Avrasiya Hərəkatı yaradılması bölgədə baş verənlərlə bağlıdır. Rusiya postsovet məkanındakı mirasa sahiblənməyə və dünyanın postsovet dövrü üçün bölüşdürülməsindən narazı olduğunu göstərməyə çalışır. Buna müvafiq olaraq keçmiş sovet ölkələrində müəyyən düşərgələr meydana çıxır. Amma Nəriman Imranov və Ilqar Qasımovun yaratdığı birliyi Rusiyanın Azərbaycanda təmsilçiləri adlandırmaq tez olardı. Çox mümkündür ki, bu bir qism qüvvələr hazırkı regional konteksti özlərinin gələcək fəaliyyəti üçün əlverşli hesab ediblər. Bu və digər formada bundan yararlanmağa çalışırlar”.
Z.Oruc ona görə hesab edir ki, bu cür layihələrin Kremlin ssenaristliyi ilə yaradılmasını düşünmək yanlışdır. “Düşünmürəm ki, Rusiya kimi ölkə Nəriman Imranov kimi insanlara istinad etsin”, deyə Z.Oruc vurğulayıb.
Hikmət Hacızadə: “Bu bir daha Azərbaycan hakimiyyətinin Rusiyapərəst olmasını sübut edir”
Politoloq Hikmət Hacızadə isə bildirdi ki, hakimiyyətin Rusiya ilə bağlı olan proyektə cavab verməməsi təsadüfi deyil. Çünki iqtidar bir qayda olaraq Rusiya ilə bağlı proyektlərə cavab vermir. “Bu bir daha Azərbaycan hakimiyyətinin Rusiyapərəst olmasını sübut edir”, deyə H.Hacızadə vurğuladı.
Hikmət