Azərbaycan banklarında əhalinin əmanətləri gözlənildiyi kimi azaldı. Mərkəzi Bank xəbər verir ki, 01.06.2015-ci il tarixinə əhalinin banklarda əmanətləri 7 milyard 601.1 milyon manat olub. Halbuki, bu rəqəm Mayın 1-də 7 milyard 717.2 milyon manat idi. Yəni, əhalinin əmanətləri May ayı ərzində 116,1 milyon manat və ya 1,5% azalıb.
Qeyd edək ki, aprel ayında da əhalinin əmanətləri azalmışdı.
Tarix | mln. AZN |
01.06.2015 | 7601.1 |
01.05.2015 | 7717.2 |
01.04.2015 | 7781.6 |
01.03.2015 | 7932.7 |
01.02.2015 | 7121.3 |
01.01.2015 | 7188.3 |
01.12.2014 | 7086.4 |
01.11.2014 | 7005.4 |
01.10.2014 | 6959.7 |
01.09.2014 | 6992.8 |
01.08.2014 | 6940.0 |
01.07.2014 | 6720.6 |
01.06.2014 | 6643.0 |
01.05.2014 | 6569.9 |
01.04.2014 | 6656.3 |
01.03.2014 | 6591.7 |
01.02.2014 | 6451.4 |
01.01.2014 | 6395.8 |