“Fənərbaxça”nın yeni transferi Luis Nani İstanbula gəlib. Portuqaliya millisinin üzvü dünən gecə saatlarında İstanbul Sabiha Gökçən Hava Limanına enib. Luis Nanini hava limanında klubun idman direktoru Giuliano Terraneo, idarə heyətinin üzvü Həsən Çətinkaya və səhər saatlarından orada olan azarkeşlər qarşılayıb.
Portuqaliya ulduz bu gün sağlamlıq testlərindən keçərək klubla rəsmi müqavilə imzalayacaq.