Dünyanın ən varlı 400 insanı bir gündə bütövlükdə 70 milyard dollar itirib. Bütün qlobal birjaları təsiri altına alan Yunanıstan və Çin narahatlıqları dünyanın ən varlı insanlarını da vurub.
Bloomberg Milyarder İndeksinə görə, bir gündə (30 İyunda) bir milyaderin orta hesabla itkisi 175 milyon dollar olub.
Afrikanın ən varlı adamı olan nigeriyalı milyarder Aliko Dangote dünyanın ən varlı 400 adamı arasında sərvətini artıra bilən 12 şanslı milyarderdən biri olub.
Milyarderlərin sərvətində cəmi azalma faizi 1,5%-i aşaraq, Ford və Twenty-First Century kimi iri şirkətlərin ümumi dəyərini keçib.
Bir gün ərzində 2,2 milyard dollar itirən İspan milyarder Amancio Ortega ən böyük itkisi yaşayan iş adamı olub. Dünyanın ən varlı üçüncü adamı olan Uorren Buffett 1,6 milyard dollar uduzarkən, planetdəki ən varlı adam Bill Qeytsin sərvəti 1,4 milyard dollar azalıb.
Yunanıstanın borc böhranına və Çin şirkətlərinin səhmlərinə dair narahatlıqlar nəticəsində İyunun 30-da S&P 2,2 faiz, Nasdaq 2,4%, Avro Stoxx indeksi 4,2 faiz, Şenzen Birləşmiş İndeksi isə 6%-dən çox dəyərdən düşmüşdür.