Son 22 ildə Aəzrbaycan vətəndaşları bütün təbii hüquqlarından məhrum edilib. Bu ölkədə yaşamaq, mövcud olmaq üçün kiçik bir qrup istisna olmaqla, bütöv bir topluma ciddi əngəllər yaradılıb. Çox asanlıqla əli cibində olan və ya arxasında siyasi hakimiyyəti hiss edən istənilən şəx qalxıb səni yaşamından, halal evindən, işindən məhrum edə bilər. Səninsə üz tutacağın, sözünü deyəcəyin bir yerin yoxdur.
“Azadlıq”a üz tutan 78 yaşlı şikayətçi də 17 ildir ədalət axtarışındadır. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi onu evindən qovub, həyatını puç edib. Daha yuxarılarda, ta Konstitusiya Məhkəməsinə qədər baş verənlər isə bu vətəndaşda dövlətə inmasızlıq yaradıb, son 17 ildə yaşadığı hər günə görə peşmançılıq hissi yaşadıb. Bu ailəyə və yüz minlərlə sadə azərbaycanlıya “Sovet yaxşı idi” deməkdən, o zamanın xiffətini çəkməydən başqa yol buraxmayıblar.
Avropa Oyunlarını 22 illik idarəçiliyin ən ciddi uğuru hesab edən bir sestemin, sadə vətəndaşı 17 ildir bu ölkənin məhkəmələrindən yalnız ədalətsizlik görür. İxtiyar yaşında küçələrdə gecələməli olan, yarmarkalardan küçəyə atılan yararsız tərəvəzləri yeməklə yaşayan bu insanlar Somali vətəndaşına timsah kimi göz yaşı axıdanların, efirlərindən humanizm püskürdənlərin qapısının kəndarına belə, düşə bilmir bu adamlar. Çünki ədalət axtarırlar, mövcud idarəçiliyin qurbanıdırlar.
Beləcə, redaksiyamıza üz tutan Gəncə şəhər sakini Həsənov Ələkbər qanunsuz məhkəmə qərarı ilə əlindən alınan 44 il yaşadığı evi 17 ildir ki, geri qaytara bilmir. 1993-cü ildə 5 otaqlı mənzili Ələkbər Həsənovun adına özəlləşdirən Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi, 1998-ci ildə həmin qərarı ləğv edir, evin bu ailənin gəlininə verilməsi haqda yeni qərar çıxarır. Qəribə isə orasıdır ki, hər iki qərarı çıxaran hakim Həsən İsmayılov olub. Hakim Həsən İsmayılov hazırda dünyasını dəyişsə də, onun qəbul etdiyi qərarı heç bir məhkəmə dəyişə bilmir. Bu ailə isə vağzallarda, küçələrdə gecələməkdə davam edir.