Siyasi məhbusların azad edilməməsi hakimiyyətin mahiyyətini bir daha ortaya qoydu
Dəfələrlə yazmışıq ki, Avropa oyunları ölkəmizə heç bir mənfəət gətirməyəcək. Eyni zamanda hakimiyyət də bunu etriaf etdi. Əvvəlcə məlum oldu ki, bu tədbirin keçirilməsinə 8 milyarddan artıq vəsait xərclənib. Sonra xəbər tutduq ki, ölkəmizə gələcək heyətlərin bütün xərcini Azərbaycan tərəfi ödəyəcək.
Yəni, ilkin mərhələdə aydın oldu ki, Avropa oyunları dövlətin büdcəsinə böyük ziyan vurmaqla yanaşı, ehtimal olunan qazanc şansını da əldən aldı. Amma Avropa oyunlarının zərəri bununla da bitmədi. Azərbaycan hakimiyyəti bu oyunlardan istifadə edərək ölkənin imicini yüksəltmək əvəzinə, bütün dünya ilə konfrantasiyaya getdi. Indi dünyanın tanınmış hüquq müdafiə təşkilatları, nüfuzlu nəşrlər, ictimai-siyasi xadimlər Azərbaycanı hədəf seçib. Daha doğrusu Azərbyacandakı ədalətsizliyi, korrupsiyanı, avtroitar idarəetməni nişan alıblar. Bəli, hakimiyyətin yarıtmaz siyasəti, dövlətin imicini hər gün zədələmkdədir. Hətta gecə-gündüz xalqa bayram kimi təqdim edilən Avropa oyunlarını da boykota çağırırlar. Deməli, Azərbaycan hakimiyyətinin dünyadakı etimad limiti tükənib və bütün dünya YAP hakimiyyətinin xislətinə bələd olub.
Amma Ilham Əliyev dünyanın əlindən bu bəhanələri almaq, dövlətin imicini yüksəltmək, Qərbin təzyiqlərini zərərsizləşdirmək üçün müəyyən addım ata bilərdi. Təbii ki, bu da siyasi məhbusların azad edilməsi ilə bağlıdır. Bu gün beynəlxalq tribunlardan Əliyev hakimiyyətinə qarşı ən böyük tənqid, məhz siyasi məhbuslarla bağlıdır.
Yuxarıda qeyd etdiyimiz kimi Ilham Əliyev Respublika günündən istifadə edərək, əfv sərəncamı imzalaya bilərdi. Bununla həm Cümhuriyyətə sayğısını, həm də hüquqa hörmətini ifadə etmiş olardı. Amma Əliyev israrla dünyaya və yerli ictimaiyyətə sübut etdi ki, dünyanın standartlarına uyğun deyil.
Deməli, Avropa oyunlarından əldə oluna biləcək yeganə qazanc da hakimiyyətin maraqlarına qurban verildi.
Ona görə də Avropa oyunlarını – 8 milyardlıq fəlakət də adlandırmaq olar. Hakimiyyət əlindən gələni etdi ki, dövlətin imici beynəlxalq səviyyədə zərbə alsın.
Eyni Ilham Əliyev ölkədə söz azadlığının, sərbəst toplaşma azadlığının, mətbuat azadlığının olmadığını etiraf etdi. Çünki, Əliyevdən azadlığı tələb olunan insanlar, azadlığını istəyənlərdi.
Bir sözlə, 28 mayda əfv sərəncamının imzalanmaması, hakimiyyətin müdafiəçilərini də pərt vəziyyətə saldı. Bundan öncəki bayramlarda uğursuzluğa düçar olmuş rejim müdafiəçiləri, 28 mayda böyük əfv olacağı təəssüratını yaradırdılar. Amma nəticə onu göstərdi ki, siyasi məhbuslar Ilham Əliyevin şəxsi düşmənləri siyahısındadır. Bu adamların həbsdə qalması isə onların rejim üzərində qələbəsi anlamına gəlir. Çünki, bu adamlar zindanda da hakimiyyəti ifşa etməyi bacardılar.
Ilham Əliyev manevr etmək üçün sonuncu şansını da qaçırdı. Indi onun kimliyi daha aydın görünür və bütün tərəddüdlər bitdi.
Akif