PA rəhbərinin kitabının təqdimatına niyə az adam gəlib?
Mayın 27-də Milli Elmlər Akademiyasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabının təqdimatı olub.
Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib ki, Azərbaycan tarixinin ilkin mənbədən öyrənilməsi baxımından kitab çox əhəmiyyətlidir.
Çıxış edənlər deyib ki, müəllif Nadir şah Əfşarı XVIII əsrin güclü hökmdarlarından biri, dövlət xadimi və mahir sərkərdə kimi səciyyələndib.
Tədbirdə Ramiz Mehdiyev özü iştirak etməyib. Həmçinin tədbir çox sönük keçib. Ramiz Mehdiyevlə bağlı bundan əvvəlki tədbirlərdə deputatlar, müxtəlif təşkilatların rəhbərləri, media qurumlarının rəhbərləri və s. iştirak etsə də, bu dəfəki tədbirdə iştirakçıların sayı görünməmiş dərəcədə az olub.
Görünür, Ramiz Mehdiyevin səhhətilə əlaqədar bir müddət ortada görünməməsi, onu özünə istinadgah hesab edənlərdə inamsızlıq yaradıb və bu şəxslər yeni seçim etmək məcburiyyətində qalıblar.