Avropa Liqasında 2014/2015 mövsümünün qalibi bəlli oldu. Final matçında “Dnepr” (Ukrayna) və “Sevilya” (İspaniya) klubları üz-üzə gəlib.
Oyunda hesabı 7-ci dəqiqədə Ukrayna təmsilçisi açsa da, İspaniya klubu 28 və 31-ci dəqiqələrdə vurduğu qollarla önə çıxdı. Birinci hissənin son dəqiqəsində "Dnepr" hesabı bərabərləşdirdi. Lakin 73-cü dəqiqədə Bakka "Sevilya"nın qələbə topunu vurdu. Oyun İspaniya təmsilçisinin 3-2 hesablı qələbəsi ilə başa çatdı.
“Dnepr” (Ukrayna) – “Sevilya” (İspaniya) – 2:3
Qollar: Kaliniç, 7 (1:0), Kruçoviak, 28 (1:1), Bakka, 31 (1:2), Rotan, 44 (2:2), Bakka, 73 (2:3)