Cəbhədə yenə də atəşkəs pozulub. Rəsmi məlumatlara görə, Ermənistan son günlər xeyli insan tələfatı verib. Tərəflər savaş təbilləri çalmaqdadır. Kənardan görünən budur ki, hər an savaş başlaya bilər. Lakin bütün bunlara yalnız və yalnız siyasət barədə səthi məlumatı olanlar inana bilərlər. Hər iki ölkənin korrupsiyaya uğramış hakimiyyətləri üçün savaşa başlamaq böyük riskdir. Bu, yeni problemlərlə yanaşı maliyyə itkisidir. Nə rəsmi Bakı, nə də Irəvan belə bir riski göz önünə ala bilməz.
Iqtidar belə bir rəy formalaşdırmaq istəyir ki,ÿAzərbaycanla Rusiya ortaq məxrəcəÿ gəlmək üzrədir. Azərbaycan ÿhərbi əməliyyatlara başlayaraq, bir neçə rayonu geri qayta bilər.ÿ Əvəzində ÿAzərbaycan Rusiyanın şərtlərini qəbul etməlidir.
Lakin bütün bunlar, xüsusən də savaş variantı ciddi səslənmir. Rusiya indiki “nə ÿhərb, nə ÿsülh” vəziyyətiniÿ mümkün olduğu qədər uzatmaqda maraqlıdır. ÿMüharibəÿ məsələsini Azərbaycan da daxil olmaqla siyasi məqsədlər üçün hər tərəf istifadəÿedir. Digər tərəfdən, Azərbaycan hərbi əməliyyatlara başlasa, bu, Rusiya üçün göydəndüşmə olardı. Belə ki, ruslar öz forpostu olan Ermənistanı daha açıq şəkildə müdafiə edə bilərdilər. Bu, yeni ərazilərin işğalı anlamına gəlir. Azərbaycan tərəfin hərbi ritorikasına baxmayaraq, heç bir halda Rusiya ordusuna qarşı duruş gətirmək mümkün deyil. Rusiya isə Azərbaycanı ÿəzmək arzusundadır. Savaş başlayarsa, Rusiya qısa müddətə Azərbaycan ərazilərini işğal edə, Bakını çıxılmaz duruma sala bilərdi.
Elə Qərb ölkələri də savaş variantını istisna edirlər. Rəsmi Bakı Qarabağda hərbi əməliyyatlara başlayarsa, Azərbaycanın savaş cəhdini əksər ölkələr təcavüz adlandıra bilər. Qarabağın separatçılardan təmizlənməsi hətta etnik təmizlənmə kimi də dəyərləndirilə bilər. Qərb öz torpaqlarını hərbi yolla azad etmək istəyənÿ Azərbaycanın cəzalandırılmasını da tələb edə bilər.ÿBunu Irəvanda da anlayırlar.ÿOdur ki, Ermənistan Azərbaycanın müharibəÿ təhdidinəÿ ciddi baxmır.ÿDüşünmək lazım deyil ki, Irəvanın qüvvələr nisbətindən xəbərləri yoxdur. Bizim təhdidlərimizi onlar ciddi qarşılamır vəÿ bu, onları panikaya təhrik etmir.
Burada söhbət daha çox Rusiyadan gedir.ÿRusiya isə dəfələrlə ÿgöstərib ki, o, istədiyi halda heç bir müqaviləyəÿ əsaslanmadan öz hərbi qüvvələrindən istifadə ÿedəÿbilər. Bu baxımdan, savaş başlayarsa, ruslar Azərbaycana hərbi müdaxilə də edə bilər. Bütün bunlar açıq-aydın sezilən həqiqətlərdir. Belə olan təqdirdə, rəsmi Bakının hərbi ritorikasının nəyə xidmət etdiyini anlamaq lazım gəlir.
Qərbə qarşı aqressiya nümayiş etdirən rəsmi Bakı tədricən Rusiyanın çətiri altına addımlayır. Bunu geosiyasi manevr hesab etmək, şimal qonşusunun təhdidlərindən yayınmaq cəhdi kimi də dəyərləndirmək olardı. Lakin demokratik düşərgənin və vətəndaş cəmiyyətinin tamamilə dağıdılması, Kremlə uzanan əllər prosesin sadə olmadığını deməyə əsas verir. Ən acınacaqlısı isə odur ki, hakimiyyətin nəzarətində olan (iqtidar və yaxud müstəqil adlandırılan) mətbu orqanlarda Rusiya prezidenti Vladimir Putini tənqid etmək qadağan edilib. Nə Rusiyanın strateji maraqlarına, nə də Putin siyasətinə xələl gətirə biləcək materialların dərcinə imkan verilmir.
Imitasiya xatirinə Azərbaycan hakimiyyətini ara-sıra tənqid edən “iqtidarın müxalifət mətbuatı” Putin və onun ölkəsi barədə tənqidə imkan vermir.ÿSanki prosesləri Rusiyanın xüsusi xidmət orqanları idarə edir. Əgər belədirsə, o təqdirdə ölkəni daha faciəli perspektiv gözləyə bilər. Belə davam etsə, bir qrup məmurun “xilaskar Rusiya”ya müraciətini də müşahidə edə bilərik.
Bakı Qərblə münasibətlərini korlamaqda israrlıdır. Azərbaycan hakimiyyətinə islahatlar üçün verilən vaxt da artıq bitib.
Düzdür, Azərbaycan demokratiyası zaman-zaman Qərbin dəstəyi ilə zərbələr alıb. Qərb Azərbaycan demokratiyasını avtoritar rejimlə təkbaşına buraxıb. Lakin məhz Qərbin mövcudluğu Azərbaycanı Şimali Koreyaya çevirməkdən xilas edib. Rəsmi Bakının beynəlxalq aləm qarşısında götürdüyü öhdəliklər olmasaydı, vəziyyət daha qəliz ola bilərdi.
Görünən budur ki, Bakı Qərbdən çəkinmir. Onu geosiyasi üstünlüyünə görə şantaj edə bilir. Lakin Putin qarşısında Azərbaycan hakimiyyəti daha zəif görünür. Bunu gözəl anlayan Putin də Azərbaycanla “sərt dildə” danışmağa üstünlük verir.
Bir sözlə, ölkədə “şimal küləkləri” indi daha bərk əsir və hər an qasırğa qopması ehtimalı var. Qasırğanın hansı fəlakətləri gətirəcəyini isə ehtimal etmək o qədər də çətin deyil. Əminliklə vurğulamaq olar ki, Rusiya öz təhdidlərini bundan sonra da davam etdirəcək. Bu təhdidlər rəsmi Bakını qərbyönümlü siyasi kursdan üz çevirməyə vadar etməyə yönələcək. Rusiya faktiki olaraq müstəqil ölkəni işğal ilə hədələyir. Kənardan görünən isə budur ki,ÿAzərbaycan hakimiyyəti Kreml qarşısında geri çəkilməyə hazırlaşır. Moskvanın şantajlarının artdığı bir vaxtda Azərbaycanın xarici siyasətindəÿbaş verən dəyişikliklər ciddi təhlilə ehtiyacı yaradır. Heç də təsadüfi hesab oluna bilməz ki, hakimiyyətdəki “beşinci kalon” tam hücuma keçib. Artıq onlar hakimiyyəti də Rusiyapərəst xətt yeritməyə vadar edirlər. Belə getsə, Azərbaycan yenidən rus dilində danışan ölkəyə çevriləcək…
Azər Rəşidoğlu, meydan.tv