«İdarəetmə strukturlarında qısa zamanda islahatlara başlanarsa, böhrandan çıxış imkanları artar»
«Bu, həm də hökumətin qeyri-neft sektorunun inkişafına nə dərəcədə ciddi yanaşacağından asılıdır»
Dünya bazarında neftin qiymətinin düşməsindən sonra iqtisadiyyatının əhəmiyyətli hissəsi neftdən asılı olan ölkələrin böhrana doğru yuvarlanacağı gözlənilən idi. Neft qiymətləri barədə bədbin proqnozlar bu ölkələrin böhrandan nə zaman və necə çıxacağı ilə bağlı müəyyən suallar doğurur.
Rusiya prezidenti Vladimir Putin bildirib ki,ÿRusiya iqtisadiyyatının dirçəlməsi üçünÿ ən azı iki il tələb oluna bilər.ÿ Onun sözlərinə ÿgörə, rublun möhkəmlənməsi, bazarın artması, eləcəÿdə ÿdigər məqamlara əsasən, mövcud böhran daha tez bitə bilər.
Neft və neft məhsullarının satışından xeyli dərəcədə asılı olan Azərbaycan üçün hazırkı anti-böhran ÿtədbirlərini əsas götürsək, indiki iqtisadi böhranın nə qədər sürəcəyi iqtisadçıların əsas müzakirə mövzusudur.
Iqtisadçılar belə bir proqnoz verməyə çətinlik çəksələr də, əminliklə bildirirlər ki, neft qiymətlərində artım müşahidə edilməsə, hazırkı böhran davamlı olaraq qalacaq.
Iqtisadçı ekspert Oqtay Haqverdiyev hesab edir ki, Rusiya ilə müqayisədə Azərbaycanın mövcud böhrandan çıxma imkanı daha yüksəkdir. Ekspert bu iki ölkənin iqtisadiyyatında kifayət qədər fərqlər olduğu üçün Azərbaycanın böhrandan müsbət nəticə ilə çıxma potensialı daha yüksək olduğunu deyir:
“Azərbaycanın yatmış iqtisadi potensialı yüksək qiymətləndirilir. Düzdür, iqtisadiyyatdaÿ əmək məhsuldarlığı əhalinin pul gəlirlərindən üstün olmalı olduğu halda, hazırda ÿbu əksinədir. Bu da o deməkdir ki, Azərbaycan iqtisadiyyatının effektivlik səviyyəsi aşağıdır.
O ki qaldı mövcud böhrandan nə zaman çıxa biləcəyimizə, bunu proqnozlaşdırmaq çətin məsələdir. Bu, əsasən hökumətin qeyri-neft sektorunun inkişafına nə dərəcədə ciddi yanaşacağından asılı olacaq. Və ən vacibi, hər zaman dediyimiz kimi, struktur islahatları aparılmalıdır. Idarəetmə strukturlarında qısa zamanda islahatlara başlanarsa, böhrandan çıxış imkanları artar".