Tusk Obama ilə görüşə gedir
Avropa Birliyi Şurasının prezidenti Donald Tusk Ukrayna məsələsini müzakirə etmək üçün martın 9-da ABŞ-a səfər edəсək. D.Tusk Ağ Evdə prezident Barak Obama ilə görüşərək Ukraynadakı böhran və bu ölkənin Rusiya ilə gərgin münasibətlərinə toxunacaq. Bununla yanaşı, prezidentlər ticarət, iqlim dəyişikliyi, enerji təhlükəsizliyi və terrorla mübarizə kimi məsələləri də müzakirə etməyi planlaşdırırlar.
Gültəkin