Türkiyənin 11-ci prezidenti Abdullah Gülün yenidən böyük siyasətə qayıdacağı bildirilir. Yerli mətbuatın yazdığına görə, bugünlərdə Güllə Türkiyənin hazırki prezidenti Rəjəb Tayyib Ərdoğan arasında bu barədə telefon söhbəti olub. Tərəflərin yaxın günlərdə bir araya gələcəyi də bildirilir. Məlumata görə, AKP-nin nüfuzlu simaları Gülün qarşıdakı seçkidə namizəd olmasını və partiyada fəal rol almasını istəyirlər. AKP namizədlərinin ilkin siyahısı aprel ayında açıqlanacaq. İddia olunur ki, A.Gül İstanbul 1-ci bölgədən namizədliyini irəli sürəcək.
Gültəkin