Məşhur ilahiyyatçı Elşad Mirinin evində oğurluq hadisəsi baş verib. İlahiyyatçının evindən pul, qızıl, bahalı əşya və texnikalar aparılıb. Hadisə dekabrın 31-də baş verib. Bu barədə E.Miri özü məlumat yayıb. O bir həftə əvvəl hədələndiyi də qeyd edib: "1 həftə əvvəl yenə ölüm təhdidi aldım. Bu gün isə evimizə oğru(lar) daxil olub hər şeyimizi aparıblar. Uca Allahımıza şükürlər olsun. Ailəmin 2 saat evdə olmadığı vaxt hadisənin baş verməsi sevindirici haldır.Evdən isə əllərinə keçən pul, qızıl, bahalı əşya və texnikalarımızı aparıblar… Bilmirəm, bu xəbərdarlıqdır, yoxsa adi oğurluq? Ümid edirəm ki, inşəAllah müsbət nəticəsi olar".