Türkiyə prezidentinin bu fotosu sosial mediada yayılıb
Səudiyyə Ərəbistanı Kralı Abdullah bin Əbdüləzizin dəfn mərasiminə qatılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sürprizlə qarşılaşıb.
Dəfn mərasimində iştirak edən Səud şahzadələrindən biri Ərdoğanın əkizi qədər oxşardır
Ərdoğan və Səud şahzadəsinin bir-birlərinə yaxın məsafədə çəkilən şəkilləri sosial mediada yayılıb.
Ərdoğan yeni kral Salman bi Əbdüləziz və kral ailəsi ilə birlikdə əvvəlcə ikindi namazı, daha sonra isə cənazə namazı qılıb.
Burada Səud şahzadələrindən birinin Ərdoğana çox bənzəməsi hər kəsin diqqətini çəkib. (ans)