Ramiz Yunus
Bir dəfə, 18-ci əsrin böyük filosof və maarifçilərindən olan Volter öz oponentləri ilə mübahisənin qızğın yerində sonradan qanadlanmağa məhkum olan bir ifadə işlətdi : “Mən sizin iddialarınızla heç vaxt razılaşmayacam, lakin sizin onları sərbəst ifadə etməyiniz üçün həyatımı da qurban verərəm”.
Bu qeyri-standart insanın bütün həyatı tək mövcud hakimiyyətlə deyil, həm də məntiqi və güclü sarkazmı hesabına təqib etdiyi kilsə hakimiyyəti ilə yorulmaz və acımasız mübarizə işarətləri altında keçmişdir. Məqalənin əvvəlində böyük filosofun sözlərini yada salmağım təsadüfi deyil, belə ki, həmin vaxtlardan 200 ildən artıq vaxt keçməsinə baxmayaraq bütün dünyada hələ də bir çox ölkələr var, hansındaki, insanlar sərbəst ifadə olunmaq hüququna görə ən bahalı dəyərlər ödəməli olurlar.
Belə ölkələrə misal olaraq çox təəssüf ki, ifadə azadlığına görə insanların həbs olunduğu, öldürüldüyü, ölkədən sürgün olunduğu, qalanlarının isə özünəsenzura altında işləməyə məcbur olunduğu müasir Azərbaycanı da göstərmək olar. Azərbaycandaki özünəsenzura mövzusu çox təəccüblü formada “müqəddəs xatirələrdəki” Sovet vaxtlarını xatırladır ki, o vaxtlarda da bütün çap nəşrlərində Sovet ideologiyasının tənqidinə icrasına DTK kimi mövcud rejimin islahedici orqanı tərəfindən diqqətlə nəzarət olunan qadağa qoyulurdu. Fərq yalnız ondadır ki, Sovet hakimiyyəti vaxtında bütün KİV-lərə qoyulan özünəsenzuranı həyata keçirən bir orqan “Qlavlit” var idisə, bu gün Azərbaycanda rəsmi olaraq belə bir orqan yoxdur. Buna baxmayaraq nəzarət artıq fərqli fikirlə mübarizəyə başqa cürə yanaşma ilə davam edir. Və əgər Əliyev rejiminin rəqiblərinin axtarılması ilə təlimatlandırılmış xüsusi xidmət orqanlarını necəsə anlamaq mümkündürsə, özlərini müstəqil kimi qələmə verən bəzi KİV nümayəndələrini də anlamaq çox çətindir.
Azərbaycanda bu gün özünəsenzura kimi anlamın mövcud olmadığı çap orqanına rast gəlməmək mümkün deyil, və ən təəssüf doğuran məqam da ondadır ki, bu senzuraları reallaşdıran təkcə Əliyev avtoritariyasının reallıqları altında sağ qalmaq üçün çarpışan həminki mətbu orqanların sahibləri deyil, həm də kölələşdirilmiş və özlərinə heç bir zaman qarşı çıxa bilməyəcəkləri zolaq cızmış “yazı qardaşlığı”nın nümayəndələridir. Bu qırmızı zolaq isə çox sadə formada açıqlanır: Birinci ailə və onların nümayəndələri ilə bağlı KİV-də gedən bütün məlumatlar , heç bir halda “Heydərizm” ideologiyası yaşamına doğru irəliləyişə zidd olmamalıdır, o ideologiya ki, onların “Öndər”ləri tərəfindən qurulmuş və hazırki oğlunun rejimi tərəfindən də zor gücünə insanların təfəkkürünə yeridilməkdədir.
Təəssüflər olsun ki, 2005-ci ilin 2 mart tarixində Elmar Hüseynovun öldürülməsindən sonra Azərbaycan KİV-lərində ifadə azadlığının səviyyəsi nəzərəçarpacaq dərəcədə endi, bu jurnalist isə hələ də müasir Azərbaycan tarixinin iqamətgahı sayılır. Bu dəyərli jurnalisti şəxsən tanımaq xoşbəxtliyi mənə nəsib olduğuna görə deyə bilərəm ki, mərhum Elmar üçün “özünəsenzura” məvhumu yox idi, və o heç kimdən çəkinmədən bir vətəndaş kimi onu narahat edən hər şey haqqında yazırdı. Onu hamı oxuyurdu: hakimiyyət də, muxalifət də, cəmiyyət də, onun tərəfindən nəşr olunan “Monitor” jurnalı isə bir neçə il ərzində beyinlərə və əhvallara o qədər təsir göstərməyi bacardı ki, qorxmuş Əliyev rejimi daha dözə bilmədi. O zaman da Elmarın ölüm fərmanı verildi, hansı ki, Elmarın sözünü yalnız güllə ilə kəsilə bilərdi. Bəli Hüseynovun ölümü və “Monitor” jurnalının bağlanması ilə rejim Azərbaycandaki “yazı qardaşlığı”nın bir çox nümayəndələrinin özləri və yaxınları ilə qorxudulmasına nail ola bildi.
Əliyev rejimi bununla da kifayətlənmədən, hakim klanın cinayətləri haqqında jurnalist tədqiqatları aparan və yazan bir neçə cəsur jurnalisti də qorxutmağa cəhd göstərdi. Təəssüflər olsun ki, bu gün Bakıdaki rejimin bütün Azərbaycandaki KİV-i susdurmağı bacardığını şərh edə bilərik. Sirr deyil ki, artıq bu gün bütün KİV rejimdən və onun repressiya aparatından ehtiyyat edərək, hakimiyyətin onlar üçün qoyduğu qırmızı xətti keçməməyə çalışaraq yazır. Bu xətti keçməyə qadir olanlar isə əvvəlcədən bu gün də yerləşdikləri dəmir barmaqlıqlar arxasına göndərilir.Kimlər ki, qoyulan qaydaları pozmadan satılmağa qadirdirsə, rejim onları öz sədəqə və başqa maddi sərvətləri ilə satın alır.
Sui qəsdindən bir neçə gün öncə Əliyev rejimi tərəfindən səsləndirilən hədə qorxulara cavab olaraq mərhum Elmar Hüseynov demişdir: “Bizi öldürmək olar, amma qorxutmaq – heç vaxt !” Öz ölümü ilə bu Azərbaycan jurnalistikasının layiqli nümayəndəsi praktiki olaraq məqalənin lap əvvəlində səslənən böyük Volterin sözlərini realizə etmiş oldu. Yeri gəlmişkən mərhum Elmarın həyat yoldaşı bina girişində toplanan insanlara demişdi : “ O bizim və sizin azadlığınıza görə özünü qurban verdi…”
Bu gün bir çox özünəsenzuranın Damokl qılıncı altında çalışan çap və o cümlədən də elektron KİV nümayəndələri utanmadan özlərini “asılılıqsız” adlandırarkən yəqin onlardan heç nəyin asılı olmadığını nəzərdə tuturlar. Hazırki söz oyununu alman şairi Henrix Heyne mükəmməl xarakterizə edərək demişdir : “ Ağzı bağlı it arxası ilə hürər”. Bəlkə buna görə Azərbaycan cəmiyyətindəki oxuculuq səviyyəsindən bu cür qoxu gəlir?