Rusiya müxalifətinin liderlərindən olan bloger Aleksey Navalnı gələcəkdə Çinlə Rusiya arasında müharibənin olacağını istisna etməyib. Navalnının paylaşdığı Çinin hökuməyönlü “Ven-vey-po” nəşrində dərc edilən yazıda bu ölkənin yaxın 50 ildə 6 müharibədə iştirak edəcəyi qeyd olunur. Yazıda qeyd olunur ki, Çin vahid böyük dövlət deyil. Bu da Çin xalqına təhqirdir. Milli birlik naminə növbəti 50 ildə Çin 6 müharibə etməlidir. Birinci müharibə 2020-2025-ci illərdə Tayvanın birləşməsi uğrunda aparılacaq. Ikinci müharibə 2025-2030-ci illərdə olacaq, məqsəd isə Spratli adalarını qaytarmaqdır. 2035-2035-2040-ci illərdə aparılacaq üçüncü müharibədə Cənubi Tibet qaytarılmalıdır. 2040 – 2045-ci illərdə aparılacaq dördüncü müharibədə Dyaoyudao (Senkau) və Rükü adalarını qaytarmağa çalışacaqlar. 2045-2050-ci illlərdə beşinci müharibə olacaq və Monqolustanın birləşməsinə cəhd ediləcək. Nəhayət sonuncu altıncı müharibə Rusiya ilə olacaq. 2055 – 2060-ci illərdə Çin Rusiyada olan torpaqlarını geri qaytarmağa çalışacaq.
azadlıq.info